Konfranslar

BDU-da elmi seminar Aşıq yaradıcılığı və Aşıq Ələsgər. 18.12.2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilmiş “Aşıq yaradıcılığı və Aşıq Ələsgər” mövzusunda elmi seminar keçirilib.

BDU-nun nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə “Aşıq Ələsgər dünyası” adlı konfrans. azertag.az, 27.12.2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə Azərbaycan aşıq sənətinin inkişafında müstəsna rol oynamış ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər dünyası” adlı konfrans keçirilib.

“Aşıq Ələsgər ─ 200 Türk saz, söz və xalq sənəti ənənələri” mövzusunda beynəlxalq elm, mədəniyyət və təhsil konfransı. AMEA Folklor İnstitutu. 09.12.2021

9 dekabr 2021-ci il tarixində Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Aşıq Ələsgər ─ 200: Türk saz, söz və xalq sənəti ənənələri” mövzusunda beynəlxalq elm, mədəniyyət və təhsil konfransı keçirilib.

“Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans. azertag.az, 30.11.2021

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilən “Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans. azertag.az, 15.12.2021

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 291 nömrəli Ekologiya liseyin təşkilatçılığı ilə “Aşıq Ələsgər və elmi-nəzəri, pedaqoji fikir” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“Haqq vergili aşiq” adlı tədbir-videokonfrans. Gəncə MKS-nın 15 saylı filialı

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə əlaqədar “Haqq vergili aşiq” başlığı altında tədbir-videokonfrans keçirdi. Tədbiri 15 saylı filialın müdiri Şəhla İlyasova açaraq tədbir iştirakçılarını salamladı.

“Söz, hikmət, qüdrət, heyrət dünyasının əbədiyyət günəşi” adlı onlayn ədəbi videokonfrans. 03.05.2021

“Aşıq Ələsgər sazın sehri və sözün şöhrəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA Folklor İnstitutu. 25.05.2021

Gəncədə “Saz-söz dünyasının əbədiyyət işığı” mövzusunda ədəbi-elmi konfrans keçirilib. 22.06.2021

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan konfrans keçirilib. www.science.gov.az saytı