Sayt Haqqında

Dədə Ələsgər saytı ( http://dede-alesker.com/ ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək yaradılmışdır.

Saytın ideya müəllifi və yaradıcısı AMEA-nın müxbir üzvü Nuru Yusif oğlu Bayramovdur. Saytın əsas strukturunun qurulmasında və zənginləşdirilməsində jurnalist Araz Yaquboğlunun, professor Ələddin Allahverdiyevin, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırovun, ələsgərşünas alim Fəxrəddin Salimin, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Xətai Ələsgərovun, jurnalist Füzuli Sabiroğlunun fikir və təklifləri nəzərə alınmışdır.
Sayta hər gün yeni materiallar əlavə olunaraq zənginləşir.