Aşıq Talıb

(1877-1979)

Aşıq Talıb Aşıq Ələs­gərin son­­beşik oğludur. O, 1877-ci ildə Göy­çə mahalının Ağkilsə kən­din­də dün­yaya gəl­mişdir.

Aşıq Talıb aşıqlıq sənə­tinə bö­yüyüb, boya-başa çat­dı­ğı evdə, ata­sının yanında yiyə­lənmişdir. O, Qur­banidən baş­layaraq, dövrü­mü­zə qə­dər­ki məşhur aşıqların yaradıcılığını, xalq dastan­ları­nın, demək olar ki, hamsını hafizəsində cəmləmişdi. Aşıq Talıb yazı-pozu bilməsə də, çox kəskin hafizəsi var idi.

Aşıq Ələsgər ədəbi irsinin üzə çıxmasında Aşıq Talıbın xidməti əvəzsizdir. O, ayrı-ayrı şeirlərin deyilmə səbəbləri barədə maraqlı xatirələr söyləmişdir ki, bunlar böyük sənətkar haqqında yazıya alınmış dastan-rəvayət­lərin əsasını təşkil edir.

Aşıq Talıb həm də bacarıqlı bir rəncbər idi. Yaz və yay aylarında əkin-biçinlə, digər təsərrüfat işləri ilə məş­ğul olurdu.

Aşıq Talıbın əldə edilmiş şeirləri onun şairlik qabiliy­yətini göstərir. Çox təvəzökar olan bu el nəğməkarı məc­lis­lərdə öz şeirlərindən oxumaz, necə deyərlər, şairli­yini gözə soxmağa çalışmazdı.

Aşıq Talıb 1979-cu ildə 102 yaşında vəfat etmişdir. Aşıq Talıbın folklor deyimlərə aid aşağıdakı şeirləri var­dır.

Aşıq Talıb. Könlüm Vətən arzular. Bakı, “Elm və təhsil”, 2013.pdf

Faylın adı: Aşıq Talıb. Könlüm Vətən arzular. Bakı, “Elm və təhsil”, 2013.pdf

Həcmi: 1753.11 KB