Təşkilatlar
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından sonra təsis olunmuşdur.
İctimai birliyin yaranmasında məqsəd 200 illik yubiley tədbirlərinin təşkilində yaxından iştirak etmək, sonrakı dövrlərdə Aşıq Ələsgər irsinin təbliği ilə məşğul olmaqdır.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat Komitəsinin sədri Aşıq Ələsgərin nəticəsi, Xətai İslam oğlu Ələsgərovdur.