Adına olan
kəndlər, küçələr, məktəblər və s.
Ələsgərli kəndi – Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində olan kənddir. Kənd Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyində yerləşir. Kənddə 1988-ci ildə əsasən Göyçə mahalından köçmüş əhali məskunlaşdıqdan sonra onların təklifi ilə kəndin mövcud olan Badakənd adının dəyişdirilməsi və böyük saz-söz ustadı Aşıq Ələsgərin şərəfinə Ələsgərli adlandırılması təklif olunmuşdur.
1990-cı ildə kəndin adı Aşıq Ələsgərin şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007. səh.427
Aşıq Ələsgər küçəsi – Bakı şəhərinin Xətai rayonunda küçə. Küçə Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin adını daşıyır.
Küçə 2015-ci ildə əsaslı təmir olunmuşdur.
Aşıq Ələsgər küçəsi Ukrayna dairəsi ilə kəsişir. İstək İbtidai Beynəlxalq məktəbi, Pluton şadlıq sarayı, Şərq-Qərb nəşriyyatı və başqa mühüm obyektlər bu küçədə yerləşir.
Mənbə: “Azərbaycan” qəzeti, 29 dekabr 2015
Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəb – Gəncə şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəbi. Məktəbdə hal-hazırda 730 şagird təhsil alır. Məktəbin direktoru Məmmədova Sədaqət Firuddin qızıdır.
Məktəb Gəncə şəhərinin Kəpəz rayonunun “Əbül Üla Gəncəvi küçəsi” 42 ünvanında yerləşir.
Aşıq Ələsgər adına mədəniyyət еvi – Bakı şəhərində fəaliyyət göstərir.