Yerli mətbuatda

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində, Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihəsi qalib elan olunmuşdur.

Beynəlxalq Muğam Mərkəzində Aşıq Ələsgərin 200 illiyinə həsr edilmiş konsert keçirildi. 29.12.2021

29 dekabr 2021-ci ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edildi.

Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Aşıq Ələsgərin abidəsi ilə bağlı açıq müsabiqə elan edib. 24.12.2021

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edib.

Səməd Vurğunun ev-muzeyində Aşıq Ələsgərin 200 illiyi münasibətilə tədbir keçirilib. 17.12.2021

Mirvarid Dilbazi Poeziya Məclisi və Səməd Vurğunun ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

İğdır şəhərində Aşıq Ələsgərin 200 illiyi qeyd olunub. 19.12.2021

İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim təşkil edib.

Aşıq Ələsgərə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edilib. 22.12.2021

Ölkə Prezidentinin Sərəncamı ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edib.

Ağsuda Aşıq Ələsgərin 200 illiyinə həsr olunan “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib. 23.12.2021

Ağsuda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mədəniyyət evinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib.

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub. 20.12.2021

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.

Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.

“Yerin pərdəsidir, göyün simləri, Kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə. Gəncə MKS, 15.12.2021

15 dekabr 2021-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında hikmət dolu, nəsihət dolu əsərlər yaradan el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Yerin pərdəsidir, göyün simləri, Kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə təşkil olundu.

Savalan. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir-sərgi. medeniyyet.az, 29.10.2021

Azərbaycan Musiqi Mədəniyyəti  Dövlət Muzeyində aşıq sənətimizin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926)  200 illik yubileyinə həsr olunmuş sərgi-tədbir keçirildi.

Elxan Yusifli. Siyəzəndə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib. azertag.az, 14.12.2021

2021-ci il dekabrın 14-də Siyəzəndə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub. “Azərkitab”, 11.12.2021

Milli Məclisin Mədəniyyət Komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.

Vaqif Abdullayev. Adım Ələsgərdir, Göyçə mahalım... Newscenter.az. 29.01.2021

Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə qədim yurd yerimiz Basarkeçərin Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad mühürünü vuran Sənətlardır. Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur.

Dədə Ələsgər saytının təqdimatı olub. kaspi.az 18.02.2021

12 mart 2021-ci il tarixdə, saat 18:00-da "Zoom” proqramı vasitəsilə 50-ə yaxın şəxsin iştirakı ilə Dədə Ələsgər saytının videotəqdimatı olub.

Çingiz Abdullayev. Aşıq Ələsgər yaradıcılığı Almaniyada. “oxu.az” saytı

Aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində bu böyük sənətkarın yaradıcılığına həsr olunan kitab və məqalələrin alman dilində nəşr olunması maraqla qarşılandı. Bu baxımdan Alman-Azərbaycan Cəmiyyətinin üzvlərinin apardıqları araşdırmalar nəticəsində nadir bir nümunə – vaxtilə alman tədqiqatçısı Sepp Österreicherin professor Sərxan Abdullayevlə birgə yazdıqları “Aschyg Alesker – Gedichte” kitabı da diqqət çəkir.