İsmixan Didərgin
(25.04.1933-05.06.1994)
Məmmədov İsmixan Müseyib oğlu 25 aprel 1933-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgərin qardaşı nəvəsi, Novrəs İmanın isə bacısı oğludur. İsmixan 6 yaşından atadan yetim qalıb. Uşaqlıq və gənclik illərində ağır zəhmətə qatlanmalı olmuşdur. İbtidai təhsilini öz doğma kəndində, orta təhsilini qonşu Zod kəndində almışdır. Gənc yaşlarından şeir yazmağa başlamışdır.
1957-1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Doğulduğu Ağkilsə kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1965-1970-ci illərdə Basarkeçər rayonununda çıxan “Bolluq uğrunda” qəzetində işləmişdir. 1970-1988-ci illərdə Ağkilsə kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1988-ci ildə doğma yurd-yuvasından məcburən ayrılmış, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1992-ci ildə “Yazıçı” nəşriyyatında “Ayırdılar qucağından Göyçənin” adlı şeirlər kitabı çap olunmuşdur.
İsmixan Didərgin 5 iyun 1994-cü ildə Daşkəsən rayonunun Bayan kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur.
Faylın adı: İsmixan Didərgin. “Ayırdılar qucağından Göyçənin”. Bakı, “Yazıçı”, 1992. 104 səh..pdf
Həcmi: 10400.58 KB