Çoban Məhəmməd

(1857-1937)

Məhəmməd Alməmməd oğlu Göyçə ma­ha­lı­nın Ağkilsə kəndində, təxminən 1857-ci ildə dün­yaya göz açmışdır. O, Aşıq Ələs­gərin qardaşıdır. Bir müd­­­­­dət çobanlıq etdiyinə gö­­­­rə, ona “Çoban Məhəm­məd” də deyir­lər.

Yazı-pozu bilməyən Mə­­­­həm­­­məd xalq arasında iste­dadlı el şairi kimi tanın­mış­dır. Şeirləri vaxtında yazıya alın­madığına görə, çoxusu unu­dulmuşdur. Ancaq bir çox şeirləri aşıqlarımızın dil­lərinin əzbəridir. Məhəmmədin bir neçə dastanı da qalmış­dır. “Məhəmməd və Sərv Xuraman” (“Məhəm­mədin Qars səfəri”) dastanı da məşhurdur.

Məhəmmədin şeirləri üslubuna görə Aşıq Ələsgərin şeirlərinə yaxındır. Hətta bəzi şeirlərin Ələsgərinmi, yoxsa Məhəmmədinmi olması mübahisəlidir.

Şair Məhəmməd 1918-1921-ci illərdə, qaçqın olduğu zaman Kəlbəcərdə yaşamışdır. Göyçəyə qayıtdıqdan sonra bir müddət xırda alverlə məşğul olmuş, daha sonra isə bir dəyirman sazlayaraq, ailəni dolandırmış, kolxoz quruluşu zamanı dəyirmanı kolxoza qoymuş və ölənə qədər dəyir­mançılığına davam etmişdir.

Şair Məhəmməd 1937-ci ilin yayında vəfat etmiş və Aşıq Ələsgərin qəbrinin yanında dəfn olunmuşdur.

Şair Məhəmmədin əldə olunan şeirləri əsasında “Ço­ban Məhəmməd” adlı şeirlər kitabı 2000-ci ildə AMEA Folklor İnstitutu tərəfindən çap olumuşdur. Burada şeirlər­dən bəzi seçmələr təqdim olu­nur.

Faylın adı: Çoban Məhəmməd. (toplayıb tərtib edəni İslam Ələsgər), Bakı, “Nurlan”, 2009. 196 səh..pdf

Həcmi: 14046.21 KB