Göyçəli Aşıq Nəcəf

(1900-1968)

Aşıq Nəcəf 1900-cü ildə Göy­çə mahalının Ağkilsə kən­dində ana­dan olmuşdur. O, Aşıq Ələs­gərin qardaşı Xəlilin oğludur.

Ailənin böyük uşağı olan Nə­cəf on altı yaşında atadan yetim qal­mış, ailəni dolan­dır­maqda bir çox çətinliklərlə üz­ləş­mişdir.

Aşıq Nəcəf mollaxana təh­sili görmüş, aşıqlıq sənətinə isə Ələsgər ocağının sazlı-sözlü dünyasında yiyələnmişdir.

1918-ci ildə ermənilər Göyçəni viran edəndə o, ailəni Kəlbəcərə köçürmüş, əmisi Şair Məhəmmədin ailəsi ilə birlikdə orada yaşamışdır.

1925-ci ildən aşıqlığa başlayan Nəcəf həmin vaxtdan da şeir yazmağa həvəs göstərmişdir.

Aşıq Nəcəf Böyük Vətən müharibəsi illərində ordu sıralarında xidmət etmiş, sonra isə iki il Ağkilsə kəndində kolxoz sədri vəzifəsində işləmişdir.

Aşıq Nəcəf 1968-ci ildə dünyasını dəyişmiş və Ağ­kilsə kəndinin şərqindəki qəbiristanlıqda dəfn olunmuşdur.

Faylın adı: Göyçəli Aşıq Nəcəf. (toplayıb tərtib edəni İslam Ələsgər). Bakı, “Səda”, 2000.pdf

Həcmi: 15816.36 KB