Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində, Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihəsi qalib elan olunmuşdur.
15 dekabr 2021-ci ildə Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Oxu zalında hikmət dolu, nəsihət dolu əsərlər yaradan el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə “Yerin pərdəsidir, göyün simləri, Kükrəyən, çağlayan ruhdu Ələsgər” adlı musiqili, ədəbi-bədii gecə təşkil olundu.
29 dekabr 2021-ci ildə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi, AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, haqq aşığı Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edildi.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində aşıq sənətimizin görkəmli nümayəndəsi, qüdrətli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş sərgi-tədbir keçirildi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edib.
2021-ci il dekabrın 14-də Siyəzəndə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilib.
Mirvarid Dilbazi Poeziya Məclisi və Səməd Vurğunun ev-muzeyinin birgə təşkilatçılığı ilə reallaşan tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Milli Məclisin Mədəniyyət Komitəsinin, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu” və “Nəfəs” ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş “Dədə Ələsgər” kitabının təqdimatı olub.
İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim təşkil edib.
Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə qədim yurd yerimiz Basarkeçərin Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad mühürünü vuran Sənətlardır. Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur.
Aşıq Ələsgərə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edilib. 22.12.2021
Ölkə Prezidentinin Sərəncamı ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edib.
12 mart 2021-ci il tarixdə, saat 18:00-da "Zoom” proqramı vasitəsilə 50-ə yaxın şəxsin iştirakı ilə Dədə Ələsgər saytının videotəqdimatı olub.
Ağsuda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mədəniyyət evinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib.
Aşıq Ələsgərin 200 illik yubileyi ərəfəsində bu böyük sənətkarın yaradıcılığına həsr olunan kitab və məqalələrin alman dilində nəşr olunması maraqla qarşılandı. Bu baxımdan Alman-Azərbaycan Cəmiyyətinin üzvlərinin apardıqları araşdırmalar nəticəsində nadir bir nümunə – vaxtilə alman tədqiqatçısı Sepp Österreicherin professor Sərxan Abdullayevlə birgə yazdıqları “Aschyg Alesker – Gedichte” kitabı da diqqət çəkir.
Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub.
Tədbir ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən təşkil edilib.