Yerli mətbuatda

Ağsuda Aşıq Ələsgərin 200 illiyinə həsr olunan “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib. 23.12.2021

Ağsuda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mədəniyyət evinin təşkilatçılığı ilə ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib.

Şəhər mədəniyyət evində təşkil olunan yubiley tədbirində rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Aşıq Ələsgərin nəticəsi, “Dədə Ələsgər” İctimai Birliyinin idarə heyətinin üzvü Təzəxanım Müseyibqızı, İctimai Birliyin müşaviri, şairə Güllü Eldar Tomarlı, “Aşıq Pəri Məclisi”nin bədii rəhbəri, şairə Pərvanə Zəngəzurlu, məclisin üzvləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə böyük töhfələr bəxş edən ustad sənətkarın həyat və yaradıcılığından söhbət açılıb. Dədə Ələsgərin qələmə aldığı şeir, qoşma, gəraylı, qıfılbənd, təcnis və müxəmməslər söylənilib, sözlərinə bəstələnən mahnılar və aşıq havaları ifa olunub.

 

Mənbə: https://azertag.az/xeber/1959732