Ashig Hagverdi

(1930-2018)

Hagverdi Talib Alasgarov was born in Agkilsa village of Goycha district. He is the grandson of the famous Ashig Alasgar.

Hagverdi received his primary education in his native village, his secondary education in the neighboring village of Zod, and his higher education at the Ganja Pedagogical Institute named after H. Zardabi.

Growing up in a muddy hearth, Hagverdi became interested in ashugs from an early age, and learned the secrets of this art from his father, Ashig Talib, and formed himself as an ashug. His poetry also attracts attention.

After graduating from the institute, Hagverdi began teaching in the villages of Kalbajar, then returned to the village of Agkilsa, where he worked as a teacher and school principal until 1988. During this period, everyone called Hagverdi "Hagverdi teacher", who continued his ashugism along with his teaching.

Ashig Hagverdi was forced to leave Goycha in connection with the national genocide committed by Armenians in 1988. He settled in Bayan village of Dashkesan region.

He died on July 4, 2018 in the city of Ganja, was buried on July 5 in Goygol cemetery.

MƏN

Bir xaliq üstümdən nəzər əyməsə,
Yüz namərd yığılsa, əyilmərəm mən.
Vicdanım şüşədi, qəlbim poladdı,
Əysələr, sınaram, əyilmərəm mən.

Məni soyuq sanıb incimə, lələ,
Hələ körpəlikdən qiymətdi belə:
Nə elə acıyam, atalar çölə,
Nə çox şirin olub yeyilmərəm mən.

Qohum var vurğunam etibarına,
Qohum var, qohumu satır qarına.
Haqverdi, göz yumdum dünya varına,
İsrafil sur çalsa, ayılmaram mən.

 

MƏNİ

Gündə qılınc çəkir alır üstümü,
Çox aciz tanıyıb fələk də məni.
Aramır sədaqət, ilqar, etibar,
Tapır fırıldaq da, kələk də məni.

Əyilib qamətim bir sual kimi,
Dinib danışmıram dili lal kimi,
Gəzirəm mənasız boş xəyal kimi,
Eşitmir arzu da, dilək də məni.

Qəm-kədər əlindən ciyəri qanam,
Haqverdiyəm, nə kəmtale insanam.
Kaş, uşaq vaxtımda mehriban anam
Basıb öldürəydi bələkdə məni.

 

GƏLİR

Tərəqqi çarxımız tərsə dolanır,
Yaxşı günlər keçib, yamanı gəlir.
Ürəyim titrəyir dəhşət içində,
Dilimə Allahın “amanı” gəlir.

Rüzgar amansız, dövran yağıdı,
Könlümün xanəsi qəm yığnağıdı.
Ağrılar qəlbimdə Ağrı dağıdı,
Başıma Ağrının dumanı gəlir.

Bəşər yolun azıb, odla oynayır,
Hələ kim nə bilir, fələk nə sayır.
Dünya coşub, qazan kimi qaynayır.
Deyəsən, Mehdinin zamanı gəlir.

Yoxdu Haqverdinin halı, neyləsin,
Dağılıb, talanıb eli, neyləsin,
Hər yerdən üzülüb əli, neyləsin,
Təkcə Yaradana gümanı gəlir.

 

GÖYNƏDİ

(Qəşəm Aslanovun xatirəsinə)

Ay Qəşəm, xəbərin dağladı məni,
Yandı ürəyimin başı, göynədi.
Ağlamaq çətinmiş eldən gedəni,
Dondu gözlərimin yaşı, göynədi.

Qaralar bağlandı alın üstünə,
Xal düşdü qəlbimdə xalın üstünə.
Dərd ələndi bir mahalın üstünə,
Qurusu alışdı, yaşı göynədi.

Haqverdi, Göyçəyə dumanmı çökdü?!
Kişnədi buludlar, bayatı çəkdi.
Ayna bulaqları qanlı yaş tökdü,
Dağı sızıldadı, daşı göynədi.

1984-cü il

BƏRDƏDƏ

(Hüseyn Ağayevə)

Xudaya, hər biri bir budaq olsun,
Çoxdu dostlarımın sayı Bərdədə.
Atamın, babamın ovlaqlarıdı,
Çox görmüşük haqqı-sayı Bərdədə.

İncidi, sədəfdi, dürdü mənimçün,
Çox çəkib qayğını, dərdi mənimçün,
Səxa kanı bir nəfərdi mənimçün,
Qohum, qardaş, əmi, dayı Bərdədə.

Haqverdi dərdindən hər vaxt halıdı,
Elin aqilidi, pürkamalıdı.
Ulu bir mahalın ağsaqqalıdı,
Yoxdu Hüseynin tayı Bərdədə.

 

AĞRIN ALIM

Yenə məndən üz döndərib,
Gəzmə kənar, ağrın alım.
Bu söhbəti el eşidər,
Bizi qınar, ağrın alım.

Küsü-barış bir peşədir,
İlqarımız həmişədir.
Qəlbim büllur bir şüşədir,
Dəymə, sınar, ağrın alım.

İlqarımda mərdanəyəm,
Həsrətindən divanəyəm,
Mən oduna pərvanəyəm,
Sənsə fənar, ağrın alım.

 

SƏNİ

Qurban olum, qəşəng ceyran,
İncitməsin sözüm səni.
Yaman qorxur ayrılıqdan,
Gözdən qoymur, gözüm səni.

Uzaqlaşma ayaq-ayaq,
Vədə verək, ilqar qoyaq,
Bu dağlarda Məcnunsayaq
Nə vaxtaca gəzim səni!?

Odlanar Haqverdi xəstə,
Heç kəs olmaz mən həvəsdə.
Tər çiçəksən bircə dəstə,
Əlim gəlmir üzüm səni.

 

MƏNDƏN

Vətənimdə bülbül idim,
Ayrı düşdü gülüm məndən.
O zamandan incik olub,
Ayım məndən, ilim məndən.

Kədər məni çalır, çapır,
Sevincimi göydə qapır.
Hara getsəm, gəlir tapır,
Aralaşmır zülm məndən.

Məskən seçib, bay olmuşam,
Əlif qəddi yay olmuşam,
Gör kimlərə tay olmuşam,
Niyə qaçır ölüm məndən!?

BAŞINA DÖNÜM

Xudam səni pak yaradıb,
Birsən, başına dolanım.
Ağlın, zəkan qüdrətindi,
Sirsən, başına dolanım.

Cana cansan san içində,
Yetişdin ümman içində,
Zühr etdin neysan içində,
Dürsən, başına dolanım.

Yolunda talanmaq şərəf,
Oduna qalanmaq şərəf,
Başına dolanmaq şərəf,
Pirsən, başına dolanım.

Külli-bəşər marağısan,
Xoş səadət sorağısan,
Xalqın ümid çırağısan,
Nursan, başına dolanım.

Haqverdiyə müqəddəssən,
İmdadlara yetən kəssən.
Həzrət Əliyə əvəzsən,
Şirsən, başına dolanım.

 

OYANA BƏLKƏ

Səmimi qardaşa yetir salamı,
Kağız, yolun düşdü o yana, bəlkə.
Könül sarayımın tacidarıdı,
Pərişan halıma o yana, bəlkə.

Dost yolunda astanadı dərdə sər,
Fikrim çoxdur, tab eyləmir dərdə sər.
Huşum çaşır, eləyəndə dərd əsər,
Yüz dəfə deyirəm “oy, ana”, bəlkə.

Bilmirəm, Haqverdi qara baxtdımı,
Yoxsa fələk ona qara baxdımı!?
O da haraylasın qara baxtımı,
Qəflət yuxusundan oyana, bəlkə.

 

DƏMDƏMİ, QARDAŞ

Gəlirəm halından xəbərdar olam,
Söylə məxməri çay dəmdəmi, qardaş?
Aqilin aqillə tutar söhbəti,
Qəmli-qəmli gəzər, dəm dəmi, qardaş.

Qəmdən uzaq olsun qəm, ə hayıfsan,
Dəyməsin köksünə qəmə, hayıfsan.
Heç vaxt meydan vermə qəmə, hayıfsan,
Qəm qəmi gətirər, dəm dəmi, qardaş.

Ruhun məlhəmidir, qəmdə də meylər,
Vaxtsız köç eyləsən, qəm dədəm eylər.
Qardaşın arifdi, qəmdə dəm eylər,
Sanma Haqverdini dəm dəmi, qardaş.

A DADA HARAY

Anamız Göyçənin hər nemətindən
Könlüm istəyir ki, a dada hər ay.
Aşıq deyər, a dada,
Körpə istər a “dada”.
Yaxşı iş baş ucaldar,
Şöhrət gələr ada da.
Çəkirəm vətəndə qürbət əzabı,
Həsrətdi dəhanım a dada, haray!

Qürbət eldə ha qovrulam, ha yanım,
Xəstə düşsəm, kəsən olmaz ha yanım.
Aşıq deyər, ha yana,
Cismim oda ha yana.
Dərddi dəryayi-qəmdi
Yön çevirrəm ha yana.
Yoxdu bir həmdəmim, dostum, həyanım,
Sərgərdən qalmışam adada, haray!

Ay Haqverdi, demə dərdin yara, dan,
Xəbərsizdi sənə dəyən yaradan.
Yox aşıq, yaradandı,
Axan qan yaradandı.
Köməksizin dayağı
Dünyanı yaradandı.
Köməksizəm, nəzər əymə, yaradan,
Dar günümdü, yetiş a dada, haray!

 

MƏN KİMƏM

Şair Bəhmən, oğlansansa,
Gətir yada, mən kiməm?
Azdan-çoxdan tanıyırlar
El-obada, mən kiməm?
Nə qədər ki həyatım var,
Sağlam candı istəyim;
Olmamışam var dövlətə
Təmənnada, mən kiməm?

Özüm kimi dost yolunda
Qulam, qolu bağlıyam;
Qərar qoyub dolandıran
Haqqa beli bağlıyam.
Nə gəzməyə imkanım var,
Nə də yolu bağlıyam;
Maraqlıdı, nə dustağam,
Nə azada, mən kiməm?

Bağ salıram, zəhmətimin
Bəhrə-barı görünmür;
Sanki yoxdu bir kimsəyə
Xeyir karı görünmür.
Milyon yerə pay-puş olur,
Könül varı, görünmür;
On nəfərlə sərgərdanam,
Bir adada, mən kiməm?

Nə od olub, bir kimsəni
Yandırmaram, yaxmıram;
Nə sel kimi coşub-daşıb,
Dərələrdən axmıram;
Nə tufantək kükrəyəndə,
Nər palıdlar yıxmıram;
Bənzərim yox abü ataş,
Xakü bada, mən kiməm?

Bu xanədə örtülüdü,
Bilmək istəsən adım;
Kimsədən minnət götürüb,
Haqq üstümdə qoymadım;
Nəfəsi təng-bənd eylədim,
Fitnə-felə uymadım;
Ölənədək möhkəm durram,
Bu sevdada, mən kiməm?

 

BAXMISAN

Bir nəfərə xəbər verin,
Çevrilib yana baxmasın;
Qəmzələri cadü kimi,
Od salır cana, baxmasın.
Ağlımı başımdan alıb,
Eylər divana, baxmasın.
Salacaqdı çoxlarını
Şəkkə, gümana baxmasın;
Batıracaq əllərini
Nahaqdan qana, baxmasın.

Yaranmışda yoxdu tayı,
Sirri-xudaya bənzəyir;
Ayna qabaq şölə salır,
Bədirli Aya bənzəyir;
Yanağı gül yarpağına,
Qaşları yaya bənzəyir;
Başıma bir fikir dolub,
Yeni sevdaya bənzəyir;
Yoxsa yolumdan azaram,
Lənət şeytana! – baxmasın.

Abi-həyat çeşməsidi,
Yox ehtiyacı gözündə.
Gördüm, ziyarət eylədim
Məkkəni, hacı gözündə.
Düz yolumdan azammaram,
Görmüşəm bacı gözündə;
Haqverdidən ziyan yoxdu,
Qeyri cavana baxmasın.