Statues

Aşıq Ələsgərin Ağkilsə kəndində məzarı

Qəbrüstü büstü – Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyi ilə əlaqədar ucaldılmış qəbrüstü büstdür. Hazırda erməni işğalında olduğundan mövcudluğu haqqında məlumat yoxdur.

Aşıq Ələsgərin barelyefi. Ağac, oyma üsulu.

Ağac materialından oyma üsulu ilə hazırlanmış Aşıq Ələsgərin barelyefinin müəllifi Pənah Abdulla oğlu Qurbanovdur.  O, Aşıq Ələsgərin doğulduğu Göyçə mahalının Ağkilsə kəndində 11 dekabr 1940-cı ildə doğulmuş, 5 aprel 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Pənah Qurbanov kimya elmləri doktoru, tanınmış şair idi. O, poetik axtarışlarla yanaşı, musiqi alətlərinin (saz, kamança, tar, qaval) təkmilləşdirilməsi üzərində də işləmişdir.

Aşıq Ələsgərin Gədəbəydə heykəli

Gədəbəydə heykəli – Heykəl Gədəbəy Aşıq Musiqisi Məktəbinin qarşısında 2013-cü ildə ucaldılmışdır. Heykəl Gədəbəy şəhərində “İ.Mirzəyev küçəsi” 2 ünvanında yerləşir.

Dədə Ələsgərin Qazax şəhərində büstü

Qazax şəhərində büstü – Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büst Qazax şəhərinin mərkəzində “Heydər Əliyev küçəsi” 77 ünvanında yerləşir. Büst 2018-ci ildə ucaldılıb.

“Aşıq Ələsgər” gəmisi

 “Aşıq Ələsgər” gəmisi Azərbaycana məxsusdur. Hazırda istifadə müddəti başa çatmışdır. Bakının Bibiheybət qəsəbəsində yerləşən limanda saxlanılır.  Gəmi illər öncə Xəzərin sularında üzüb.



Çənlibel kəndində büstü

Çənlibel kəndində büstü – Büst Şəmkir rayonunun Çənlibel kəndində yerləşir.

Şəxsiyyətlər muzeyinin önündə büstü

Şəxsiyyətlər muzeyinin önündə büstü – Aşıq Ələsgərin büstü Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda yerləşir. Büst 2017-ci ildə ucaldılıb.

“Aşıq Ələsgər – 150” xatirə medalı

Aşıq Ələsgərin 1972-ci ildə keçirilən 150 illik yubiley tədbirlərində iştirakçıların hər birinə təqdim edilmək üçün xatirə medalı hazırlanmışdı. Medalın eskizinin müəllifi tanınmış kino rəssamı Ağamehdi Qumriyev idi. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin sifarişi əsasında Riqa şəhərində bu medallardan 3 min ədəd buraxılmışdı.