Ashig Gurban

(1870-1915)

Ashig Gurban is the son of Ashig Alasgar's brother Mashadi Salah. He was born in 1870 in Agkilsa village of Goycha district.

Ashig Gurban, who had a beautiful voice and the ability to recite poetry, was also a very handsome ashug. Along with saz tunes, he was also a great performer of mughams.

Ashig Gurban was Ashig Alasgar's favorite poet and the husband of his daughter Gulnisa. According to Ashig Talib and other relatives, the death of Ashig Gurban brought such great disappointment to the great master that after this incident he never took the saz again.

Ashig Gurban's poems have been forgotten. The obtained samples were written from the memory of Ashig Talib and Ashig Aghayar.

Ashig Gurban died suddenly in 1915.

GETMƏSƏM, OLMAZ

Ata, vallah, bu dərd məni yandırır,
Verdiyim ilqara getməsəm, olmaz.
Seyraqublar gedər yaman qandırar,
Ollam üzü qara, getməsəm, olmaz.

Huri, qılman olmaz yarın təhrində,
Mən yanıram qəm odunun qəhrində.
Əgər Mansır kimi Hələb şəhrində
Çəksələr də dara, getməsəm, olmaz.

Mən Qurbanam, öz canımdan doymuşam,
Xəncər alıb, bağrım başın oymuşam.
Öz dilimnən doğru ilqar qoymuşam,
Həsrət, intizara getməsəm, olmaz.

 

YETİRSİN

Aşiq gərək məşuqundan dönməsin,
Vədə versə, düz ilqara yetirsin.
Qasid yoxdu, mən bir namə göndərim,
Ərzi-halım nazlı yara yetirsin.

İlqar saxlamışam iman içində,
Ümid bəsləmişəm güman içində,
Gövhər qalıb dərya, ümman içində,
Qəvvas gərək bir kənara yetirsin.

Yazıq Qurban sirrin əyan eyləsin,
İstəkli dostuna bəyan eyləsin,
Dost gərək dostuna dərman eyləsin,
Nə ki, zülm əliynən yara yetirsin?!

AY ANA DÜŞƏR

Qürbət eldə baş yastığa gələndə,
Qəribin yadına ay ana düşər.
Əcəl yetirəndə, vaxt təng olanda,
Ona haqq rizası əyana düşər.

Könül sim axtarar, nə zərə gələr,
Pərdəli gəzməyən nəzərə gələr.
Elə ki, Əzrayıl nəzərə gələr,
Boşalar qolların, a yana düşər.

Mən xəstəyəm, gəl ələ ha al əli,
Sərraf gözüm xub tanıyır ha ləli.
Yazıq Qurban, ha sızılda, ha ləli,
Görək ki, əlinə, aya, nə düşər!?

 

YARAŞIR

Qiyasbəyov Həsən bəyə
Bir yaxşı dastan yaraşır.
Qurşasın kəmərini
Ol Şahi-Mərdan, yaraşır;
Şəninə şikar alan
Alıcı tərlan yaraşır;
Səxavətdə Hatəm kimi,
Hökmü Süleyman yaraşır;
Layiqdi bu oğlana,
Qafqaza sultan yaraşır.

Atası Səməd ağanı
Eşidib hər yan, bilirəm;
Kəlməsinin qiyməti yox,
Bağlayıb çox qan, bilirəm;
Çoxunu dardan qurtarıb,
Eyləyib ehsan, bilirəm;
Peyğəmbər bərat eləsin
Cənnəti-Rizvan, yaraşır.

Qaynayır samavarı,
Yanında ağır yığnağı;
Gümüş qab, xas istəkanı
Dəstində gəzdirir sağı;
Erkək kəsir, şülən çəkir,
Quburnat, sərdar qonağı;
Təmkini padşahyana,
Müxtəsəri, sözün sağı;
Günbəgündən artıq olsun
Bu qurğu, dövran yaraşır.

Ata-babadan tanıram,
Kişinin əsli, zatı var;
Çiynində süzən tüfəng,
Altında köhlən atı var;
Padişahdan talğası,
İlahidən baratı var;
Qırantlar mərmər daşında.
Behişt kimi büsatı var;
Mehman otağa layiqdi,
Otağa mehman yaraşır.

Cəmi bəylərin bəyidi,
Yüz yaşasın Həsən ağa!
Aşıq gördüyünü deyər,
Dilinə yoxdu qadağa;
Bir belə mərd iyidin
Yolunda sərim sadağa;
Kəlməsinə onluq verir,
Aşığı gəlir damağa;
Qulluğunda söhbət açır,
Eləyir dövran, yaraşır.

Yetiyəm xəsyətinə,
Yaxşıdı halı, söylərəm;
Dürrü gövhər kəlməsi var,
Ləldən bahalı söylərəm;
Zəfəranlı ağ plovu,
Əmliyi, balı, söylərəm;
Hər yerdə bəhsin salıb,
Gəzib mahalı, söylərəm;
Vəsfini dastan eyləyib
Bu yazıq Qurban, yaraşır.