Poet Hashim

(1912-1989)

The poet Hashim is the grandson of Ashig Alasgar (son of Bashir). He was born in 1912 in Agkilsa village of Goycha district.

Hashim received his secondary education and worked as a teacher in his villages in the 1930s and in the neighboring village of Boyuk Garagoyunlu. He was drafted in 1940, severely wounded in the Great Patriotic War, and discharged in 1942.

Hashim has long served as chairman of the village council, chairman of the collective farm and other leading positions.

The poet Hashim showed interest in music from a young age and began to write poetry, using the pseudonym "Mahir" in his poems.

Retired Hashim was forced to leave his homeland due to the national conflict committed by Armenians. He lived first in Musakoy village of Gazakh region, then in Bayan village of Dashkesan region and died there on November 3, 1989.

BƏSDİ, BƏS

Cəsəd tab gətirmir, ay qara baxtım,
Can dayanmır bu yaraya, bəsdi, bəs.
Əgər vaxtımdırsa, köçür üqbaya,
Ya da yetir bir davaya, bəsdi, bəs.

Dərdim əzalarda məskən salıbdı,
Mürği-xəyal qəm bəhrinə dalıbdı.
Qoca anam gözü yolda qalıbdı,
Tab gətirmir ahü-vaya, bəsdi, bəs.

Ey xudaya, necə bədbəxt insanam,
Mənim ki həyatda yoxdu təmənnam.
Zəlalətdə qalan bir müsəlmanam,
İmdad elə, gəl haraya bəsdi, bəs.

Çəkibsən sinəmə dağ üstən dağı,
Kəsibsən bərəni, bəndi, ovlağı.
Yediyim taama qatırsan ağı,
Naləm çatır ərş-əlaya, bəsdi, bəs.

Qəmnak yaranmışam, çəkirəm qəmi,
Mən ki görməmişəm söhbəti, dəmi.
Sağ göstərdin mənə sən cəhənnəmi,
Tüstüm qalxır bax havaya, bəsdi, bəs.

Hər arzu-diləyim qaldı gözümdə,
Qurtarıbdı söhbətim də, sözüm də.
Həyatıma nə deyim ki özüm də,
Həşim düşüb çox bəlayə, bəsdi, bəs.

 

QƏLƏM

Könlümün sirdaşı, həm köməkdarım,
Dediyim sözləri yazırsan, qələm!
Sənə qurban olsun dövlətim, varım,
Yazmağa hər ləhzə hazırsan, qələm!

Ürəyimdən keçənləri bilirsən,
Ağlayanda göz yaşımı silirsən,
Nə zaman gülürəm, sən də gülürsən,
Mənimlə hər yanı gəzirsən, qələm!

Bərabərin deyil dünyanın varı,
Heç vaxt unutmursan əhdi, ilqarı,
Dərdimi, qəmimi bölürsən yarı,
Ağrıma, acıma dözürsən qələm!

 

OLA

Kimdi mənim kimi cavanlığından
Ağara saqqalı, qəddi xəm ola?!
Keçirə həyatın ahü fəğanla,
Huşu çaşa, ağlı sərdə kəm ola.

Əl çək məndən, bəsdi, ay acı həyat!
Baxtım, oyan, bu qəflətdə sən az yat!
Kərəmkanı mənə eyləyə barat,
Qardaşlarım ətrafımda cəm ola.

Qədimlə Yadullah və Əsədullah,
Bunlardı dərdimin dərmanı, billah.
İbadullah, Feyzi, Zöhrə, Eynullah,
Can varkən görüşəm, xoş matəm ola.

Həsrətdi mənimlə görüşsün ana,
Doğurdan, şirindi ana insana.
Həşim istəyir ki, gələ zamana,
Yemək-içmək ola, söhbət, dəm ola.

 

YARAŞIĞI

Bu mələk misallı, həbəşi xallı,
Hara ceyranıdı çöl yaraşığı?
Ağ yanağı xallı, ləbləri ballı,
Sular sonasıdı, göl yaraşığı.

Geyinib naxışdı, maral baxışdı,
Gözümə sataşdı, xəyalım çaşdı,
Dərdim həddən aşdı, dilim dolaşdı,
Hörüklər gərdəndə bel yaraşığı.

And verdim ilqara, olmadı çara,
Oldum baxtı qara, qaldım avara.
Vurdu mana yara, o mahipara,
Qəmər üzdən alır tel yaraşığı.

Bir eşit Mahiri, a nazlı pəri,
Sərraf seçər zəri, tanı müştəri,
Üzün çevir bəri, oldum sərsəri,
Qoy alsın hüsnündən el yaraşığı.

 

AY ATA, SƏNSƏN

Həyatım varlığı, didəmin nuru,
Qəlbimin çırağı, ay ata, sənsən.
Gərək gözləyəsən, çata məqamı,
Ovu bərəsində ay atasan sən.

Çox çəkibsən dünya dərdü bəlasın,
Ana olan çox istəyər balasın.
Şərbət qoyun, başın üstən bal asın,
Bəlkə, şirin yuxu a yatasan sən.

Həşim, urcah oldun dərdə, azara,
Daha məni sən az axtar, az ara.
Yetişibsən, budu, qalıb az ara,
Suvar olacaqsan ay ata sən, sən.

QAR QARA

Sənə dedim, get şikara, ov gətir,
Demədim ki, tərlan itir, qarqa ara.
Təbiət sirrinə bir nəzər yetir,
Kim görübdü göydən yağa qar qara.

Dərdim artıb, tab eyləmir sər indi,
Dər gülləri, sədrin üstə sər indi.
Bizim yerin havası çox sərindi,
Qalır köhnə qar, qarışır qar qara.

Eşq ucundan yenə tapıb sər əsər,
Can verənə, Mahir can ver sərə-sər.
Qocalıqda əl titrəyər, sər əsər,
İstər yaza “qar”, yazılar “qar” “qara”.

 

YAR GÖZLƏ MƏNİ

Çarxı – fələk dərdim yüzə yetirdi,
Gedirəm qürbətə, yar, gözlə məni.
Müxənnətlər vətənimdən itirdi,
Məndən qeyri ləbin, yar, gözlə əməni.

Vəfalı dilbərim, həyalı gəl gəz,
Geyin altdan-üstən hey alı, gəl gəz.
Mən yaylaqda, sən də ha yalı gəl gəz,
Deyəsən görmürsən yar gözdə məni.

Mahir səndən küsübdümü yar, aya,
Canım tab gətirməz dərdə, yaraya.
Cəmalının bənzəri var, yar, aya,
Təbibsən, öldürmə, yar, gözlə məni.

 

DƏRDİN ALIM

Şeirə maraqlısan,
Yazıram al, dərdin alım.
Nə desən, sən haqlısan,
Dərin kamal,dərdin alım.
Buxağı büllur kimi,
Mələk misal, dərdin alım.
Hüsnünə mayıl olub
Bu el, mahal, dərdin alım.
Yanağı dağ lalası,
Qaşı hilal, dərdin alım.

Mən necə yazım yaraşa
Sənin hüsnü camalına;
Sən məni gətiribsən
Divanələrin halına;
Məcnundan gözəl sorsalar,
Leyli gələr xəyalına;
Fərhad keçdi canından
Yetə Şirin vüsalına;
Sənanı, Əsli, Kərəmi
Bir yada sal, dərdin alım.

Molla Cuma kimi sənin
İsmini pünhan deyirəm;
Sən mənə hər nə desən,
Cavabına “can” deyirəm;
Bir dəfə görüşməyə
Gör neçə qurban deyirəm;
Kərəm et, sən Mahirin
Qeydinə qal, dərdin alım.

 

YAZIM

Qələmi alım ələ,
Başlayım həyatı yazım,
Yaxşı günə şükr səna,
Pisinə bayatı yazım;
Cəfanı həm səfanı,
Ax-vayı, heyhatı yazım;
Ağılı, mərifəti,
Elmi və savadı yazım;
Çarxı-fələyin mən ilə
Açdığı büsatı yazım.

Mən ki, deyib – danışmadım,
Gülmədim necə bir cavan;
Fələk başımdan od tökdü,
Dəmadəm əmr eylədi yan;
Axır saldı qürbət elə,
Dedi, davam gətir, dayan;
Bu hər dərddən betər oldu,
Yanımda olmadı həyan;
Neçə il çalışım ki,
Belə əhvalatı yazım?!

Çox şükür dərgahına,
Xaliq, var qohum-qardaşım;
Ətrafımda cəm görərdim
Əgər ağrısaydı başım;
Eşidən saat gələrdi
Tayım, tuşum, arxadaşım;
Qaranlıq meşələr yerim,
Ağaclar oldu sirdaşım;
Sağlığıma səbəb oldu
Sağ olsun Bozatı, yazım.

Yaranmış yanır oda,
Kimdi günahkar, a fələk?!
Tarixdə görünübmü
Heç belə azar, a fələk?!
Günahsız fağırların
Ol üstündə yar, a fələk!
Günahkarın tufanasın
Elə tarimar, a fələk!
Günahsız qırılmağın
Varsa de isbatı, yazım.

Narkomdan əmr olundu,
Suvari gəlsin davıya;
Tumarladıq, yəhər qoyduq
Hər bir arıq yavıya;
Verildi kalbas, suxarı,
Aldıq, bükdük məhrəbıya;
Sidq-dilinən sığındım
Məhəmməd əl-Mustafaya;
Yar oldu üstümdə mənim,
Verdi çox nicatı, yazım.

Xülasə, həmin günü
Vağzalda dolduq maşına;
Axırıncı məktub yazdı
Hərə qohum-qardaşına;
Bir neçə əyripilan
Ağı qarışmış aşına!
Kəsdi yolu, bombaladı,
Saldı çataçatı yazım.

Heç yana baxmalı deyil,
Hər tərəf viran görünür;
Hesabsız torpaq kimi
Qırılan insan görünür;
Kimsə görməyib tarixdə,
Çaylar kimi qan görünür;
Yaralılar sızıldaşır,
Ah çəkir, fəğan görünür;
Sayı yox, miqdarı yox,
Mən nə hesabatı yazım?!

Yoldaşlardan ayrı düşdüm,
Yanımda olmadı qalan;
Nə ola, biləm hardadı
Ataş, İsmayıl, Xənçəlxan?!
Qardaşdan artıq idik,
Deyirdik bir-birmizə “can”;
Hamı yığılıb gedərdi
Biri xəstələnən zaman;
Dostluqda Haqverdini
Bayramı, Ziyatı yazım.

Heç bir çıxış yolu yoxdu,
Bəs, mən biçara neyləyim?
Hər saat, hər dəqiqə
Yanıram nara, neyləyim?
Yol uzaq, bədən yara,
Boranı, qarı neyləyim?
Mən ki aciz olmamışam,
Baxtımdı qara, neyləyim?
Yaxşısı budur, canımı
Allah amanata yazım.

Baş bədənə əmr verir,
Bir ərizə xudaya yazım;
Rəhmə gələ, bəlkə, sala
Üstümüzə sayə, yazım;
Baş ağarıb, qədd əyilib,
Dönmüşəm qocaya, yazım;
Səbəb kimdi, yox eləsin
Allah, bu davaya, yazım;
Yəqin tutular diləyim,
Mən bu minacatı yazım.

Belə görünür ki, hələ
Uzun gedəcək bu dava;
Bəndənin əlində nə var,
Haqq özü baxsın hesaba;
Ölənlərə rəhmət etsin,
Xəstələrə versin şəfa;
Yaralı vaxtımda yazdım,
Mənə də əhsən, mərhəba;
Burda yox, vətənimdə
Özümə vəfatı yazım.