Ashig Ali
(1927-1990)
Ashig Ali is the grandson of Ashig Alasgar's brother Mashadi Salah. He was born in 1927 in Zarzibil (Zarkand) village of Goycha district.
Ali, who showed great interest in the art of ashug from a young age, was a poet for a long time with Ashug Talib and Ashug Najaf, and was known among the people as a perfect ashug. He, in turn, mastered many of them and taught them the intricacies of the art of music. Ashig Adalat Nasibov, who is well known and speaks with a charming sound of music, is also one of Ashig Ali's poets.
Ashig Ali's family moved from Goycha in 1942 to Gizilhajili village of Goranboy region, and after a while came to Naftalan and settled there.
Ashig Ali was arrested and charged with trafficking in the 1970s and tortured for several years. Some of his poems are artistic expressions of the groan caused by this torture.
Ashig Ali started writing poetry at a young age. Ashig Ali died in 1990 in the city of Naftalan.
AY HƏKİM
Ağlı az olana gün qara olar,
Günahkaram mənim özüm, ay həkim!
İstəyirəm qələm alıb əlimə,
Dərdimi mən sizə yazım, ay həkim!
İxtiyarım yoxdu, onu qanıram,
Bəlalı canımdan çox usanıram.
On beş gündür, qızdırmadan yanıram,
Özün söylə, necə dözüm, ay həkim!?
Baxtınızda küllü ixtiyar olsun,
Şəfalı əliniz daim var olsun!
Şahlar şahı sizə daim yar olsun!
Eşidilsin bu avazım, ay həkim!
Gödəldib dilimi bax bu dar zindan,
Məni məhv elədi bivəfa zaman.
Sənin şərəfinə deyərdim dastan,
Əlimdə olsaydı sazım, ay həkim!
Gör mən nələr əkdim, bitdi, nə dərdim?
Əliyəm, ayrılıq, möhnət becərdim.
Olmazdı fikirim, nə də ki dərdim,
Yadigar qalsaydı sözüm, ay həkim!
ƏMOĞLU
Düz deyir ki, bu qəzanın toruna
Özüm düşdüm bilə-bilə, əmoğlu!
Qapını bağlayan açar deyirlər,
Mən də gözləyirəm hələ, əmoğlu!
Qismət olsa, kim ki girib qəsdimə,
Alışaram, o kor olar tüstümə.
Şahlar şahı nəzər salsın üstümə,
Görüşərik gülə-gülə, əmoğlu!
Əlini görməsin kimsə bu gündə,
Hər kəs arzusuna yetsin evində.
Otuz il dolandım toyda, düyündə,
İndi də olmuşam belə, əmoğlu!
GEDƏKMİ
Ömür-gün yoldaşım, ay can sirdaşım,
Hirsin soyuyubsa, daha gedəkmi?
Yaş ötüb yarıdan, ağarıb başım,
Düşərsən qarğışa, aha, gedəkmi?
Bahar ömrüm düşüb borana, qara,
Sənsizəm, günlərim hey keçir qara.
Altmışından sonra çıxıb bazara,
Satma mətahını baha, gedəkmi?
Uşaqtək kövrəlib oldum birtəhər,
Mənə həmdəm oldu qüssə, qəm, kədər.
Yalvarıram imamlara hər səhər,
Üz tuturam qibləgaha, gedəkmi?
Dolaşıb gəzsən də sən oymaq-oymaq,
Çətin olar köhnə ilqardan doymaq,
Əldən düşmüş bu qocanı tək qoymaq
Ağır gedər bir Allaha, gedəkmi?
Əli, umudunu gəl kəsmə haqdan,
Özünü incidib, yorma nahaqdan.
Uzun aylar keçdi bu ayrılıqdan,
Göz dikmişəm bu sabaha, gedəkmi?
SƏNSİZ YAMAN DARIXMIŞAM
Üç ay on gün keçdi görüşümüzdən,
Sənsizlədim, sənsiz yaman darıxdım.
Müştərisiz qalan dəyirman kimi
Dənsizlədim, sənsiz yaman darıxdım.
Bu sirlər agahdı qadir-sübhana,
And içirəm haqqa, dinə, ərkana.
Bu aləmdə dönüb Şeyx Sənana,
Dinsizlədim, sənsiz yaman darıxdım.
Əliyəm, ox oldum namərd yayında,
Mürvət olmaz nanəcibdə, xayında.
İsinə bilmədim bu yay ayında,
Günsüzlədim, sənsiz yaman darıxdım.
YERİNDƏDİ
Vəfasız deyiləm, nazlı mələyim,
Mən sənə verdiyim söz yerindədi.
Səndən ayrılalı üzüm gülməyib,
Özgəyə baxmayıb, göz yerindədi.
Hansı səmtə, hara düşsə güzarım,
Çıxmırsan yadımdan, a nazlı yarım!
Səninlə etdiyim əhdim, ilqarım
Bir ara qəlbimi, öz yerindədi.
Havadarın olsun qadiri – sübhan!
A gözləri yolda, halı pərişan.
Səni öz canıtək çox sevir canan,
Aşıq Əli, səbr et, döz, yerindədi.
AĞRIMA, CANIM, AĞRIMA
Böyük Allahın eşqinə,
Ağrıma, canım, ağrıma.
İrəhm eylə mana hələ
Ağrıma, canım, ağrıma.
Könül həzin çalan neydi,
Tutqunlaşıb başım, keydi.
İnsaf, mürvət yaxşı şeydi,
Ağrıma, canım, ağrıma.
Nə gizlədim, niyə danam,
Az qalıram oda yanam.
Nə atam var, nə də anam.
Ağrıma, canım, ağrıma.
Yazılmamış yazım qalıb,
Ürəyimdə sözüm qalıb,
Körpə oğlum, qızım qalıb,
Ağrıma, canım, ağrıma.
Mənə eləyib zülümü,
Tez-tez göstərmə ölümü.
Gözləyənim var yolumu,
Ağrıma, canım, ağrıma.
Qış dolanıb, indi yazdı,
Aşıq Əli dərdin yazdı.
Arzu çoxdu, zaman azdı,
Ağrıma, canım, ağrıma.
BƏS NEYLƏSİN
Bu günümdə nazlı yarım
Ağlamasın, bəs neyləsin?
Qan veribdi yaralarım,
Bağlamasın, bəs neyləsin?
Qürbət elə gedir yarı,
Çox çəkəcək intizarı.
Al yerinə qaraları
Bağlamasın, bəs neyləsin?
Salar Əlinin bəhsini,
Ağlar, çıxarmaz səsini,
Qəm oduna sinəsini
Dağlamasın, bəs neyləsin?
MƏNİM
Nə deyim, nə danışım mən,
Qurtarıbdı sözüm mənim.
Hər yetənə dost deməkdə
Günahkaram özüm mənim.
Qəmi-möhnət qəddim əydi,
Tutqunlaşıb başım keydi.
Namərdləri görməyəydi,
Kor olaydı gözüm mənim.
Ürəyimə qüssə dolub,
Ona görə rəngim solub.
Könlüm kimi dustaq olub,
Daha çalmır sazım mənim.
Yenə kəməndə ilişdim,
Hər kəsi tanıdım, seçdim.
Əliyəm, borana düşdüm,
Çox sərt gəldi yazım mənim.
OLMASA
Sözlərini söylə mənə,
Alan xiridar olmasa.
Heç kimsədən əlac yoxdur,
Şahlar şahı yar olmasa.
Vəfalı ol bu dünyada,
Ləkə vurulmasın ada.
İlqar-iman gedər bada,
Namus, qeyrət, ar olmasa.
Aşıq Əli söyləsin bil:
Dünya bizə qalan deyil.
Fəğan etməz şeyda bülbül,
Gül üstündə xar olmasa.
ŞÜKÜR OLSUN
Azadlığın iyisini
Duydum, daha şükür olsun!
Yerə, göyə, ərşə, kürsə,
Şəmsə, maha şükür olsun!
Sirlər ürəkdə xəlvətdi,
Haqqın özü ədalətdi.
Həm əymişdi, həm düzəltdi,
Hər sabaha şükür olsun!
Belə ağa görməmişəm,
Zikr etməkdir mənim peşəm.
Bir adı Şahi-Qəşəmşəm,
Yadullaha şükür olsun!
Əgər düşüb yansam oda,
Sığınmışam min bir ada.
Nəzər salsa çatan dada,
Qibləgaha şükür olsun!
Üz çevirib getsin hara,
Əli, sığın kirdigara.
Ondan başqa yoxdu çara,
Bir Allaha şükür olsun!
BİRCƏ ÜZ MƏNƏM
Dönmərəm sözümdən, düz ilqarımdan,
Belə doğulmuşam, bircə üz mənəm.
Dostluğun ən gözəl nemətlərindən
Ölərəm, əlimi bircə üzmərəm.
Ehtiyatlı dolan, açma dər yada,
Bağça mənimkidi, iylə, dər ya da.
Bivəfa, biilqar üzən dəryada,
Alova yanaram, bircə üzmərəm.
Dost bilmişəm mən özümə Kamalı,
Ağlı olan bu dünyadan kam alı.
Azalıb Əlinin ağlı, kamalı,
Təcnisi yazmağa bircə üz mənəm.
NARA CANIMI
A bimürvət, niyə haqsız, günahsız
Yandırdın ataşa, nara canımı?
Çarxı-fələk, səndə bu nə adətdi,
Həsrət qoydun bir cüt nara canımı.
Pünhan durub, çəkilirsən nə yana?
Qoyma canım nə alışa, nə yana.
Arzulayıb dilin mana nəyi ana?
Nə yoxla qəlbimi, nə ara canımı.
Aşıq Əli, üzünü tut canana,
Adətdir ki, canı gərək can ana.
Xəstəyəm, gözlərim gəzir canana,
Aram etmir çəksəm nara canımı.
YARA MƏN
Bivəfa, nainsaf, ay zalım dünya,
Səndən aldım çox sağalmaz yara mən.
Mənim ahü naləm ərşə dayanar,
Xeyir görməz ləblərindən, yar, əmən.
Yaxşı canı gərəkdir ki, can ana,
Xəstə sızıldayar deyər: ”Can, ana!”
Bu gündə ki əlim çatdı canana,
Şükür haqqa, gərək oldum yara mən!
Naşı bağban gülü bağdan dərdimi,
Aşıq Əli, o görünən dərdimi?
Ürəyimdən atmaq üçün dərdimi
Sığınmışam böyük olan yara mən.
BU GÜNDƏ
Bir nəzər sal, şahlar şahı,
Yetiş dada bu gündə;
İrəhm eylə mən fağıra,
Çat imdada bu gündə;
Qürbət eldə fikir məni
Üzüb, əldən salıbdı,
Ömrüm hicranlar qoynunda
Gedib bada bu gündə.
Vətənimdən cida düşdüm,
Necə dözüm bu dərdə;
Tab gətirmir canda canım,
Yoxdu sözüm bu dərdə;
Kərəm kanı, bir səbir ver,
Dözüm özüm bu dərdə;
Sidqi-dilnən sığınmışam
Min bir ada bu gündə.
Yaxşıların bu dünyada
Gərək olmasın nəsi;
Alçaqların, namərdlərin,
Görüm kəsilsin səsi;
Zaman elə dəyişib ki,
Seçmək olmur heç kəsi;
Sirr vermək çox çətinləşib
Dosta, yada bu gündə.
Haqq işini başa düşməz
Hər yaranan, hər insan;
Geri qaytarmaq çətindi,
Nə yazılıb binadan;
Ah, nə deyim bu gərdişə,
Əzab çəkir dərd qanan;
Az-az dəyir gözə, qardaş,
Halalzada bu gündə.
Bu halımdan yox bir kəsin,
Bilirəm ki, xəbəri;
Düşünəndə az qalıram,
Olum dəli, sərsəri;
Aşıq Əli gecə-gündüz
Gözəl keçən günləri,
Sızıldayıb qəmli-qəmli
Salır yada bu gündə.
ƏCƏM QIZI
Mən yanıram eşq oduna,
Sən də yan, əcəm qızı!
Söyləyirəm mətləbimi,
Eşit, qan, əcəm qızı!
Mən ki səndən dönməyəcəm,
Əgər sən məndən dönsən,
Qənim olsun sənə ilqar,
O iman, əcəm qızı!
Göz görəndə gül camalın,
Ürək alışır nara;
A bimürvət, insafa gəl,
Bu gündə yetiş kara.
Çarxı-fələyin sitəmi
Günümü edib qara;
İrəhm eylə, sən dərdimə
Ol dərman, əcəm qızı!
Axı bizəmi qalıbdı
Dünyanın qəhri-qəmi!?
Səfa sürək, gün keçirək,
Ol Əlinin həmdəmi;
Zaman ötər, yaş çoxalar,
Gedər cavanlıq dəmi;
Bil ki, bir də ələ düşməz
Bu dövran, əcəm qızı!