Çoban Məhəmməd
(1857-1937)
Məhəmməd Alməmməd oğlu Göyçə mahalının Ağkilsə kəndində, təxminən 1857-ci ildə dünyaya göz açmışdır. O, Aşıq Ələsgərin qardaşıdır. Bir müddət çobanlıq etdiyinə görə, ona “Çoban Məhəmməd” də deyirlər.
Yazı-pozu bilməyən Məhəmməd xalq arasında istedadlı el şairi kimi tanınmışdır. Şeirləri vaxtında yazıya alınmadığına görə, çoxusu unudulmuşdur. Ancaq bir çox şeirləri aşıqlarımızın dillərinin əzbəridir. Məhəmmədin bir neçə dastanı da qalmışdır. “Məhəmməd və Sərv Xuraman” (“Məhəmmədin Qars səfəri”) dastanı da məşhurdur.
Məhəmmədin şeirləri üslubuna görə Aşıq Ələsgərin şeirlərinə yaxındır. Hətta bəzi şeirlərin Ələsgərinmi, yoxsa Məhəmmədinmi olması mübahisəlidir.
Şair Məhəmməd 1918-1921-ci illərdə, qaçqın olduğu zaman Kəlbəcərdə yaşamışdır. Göyçəyə qayıtdıqdan sonra bir müddət xırda alverlə məşğul olmuş, daha sonra isə bir dəyirman sazlayaraq, ailəni dolandırmış, kolxoz quruluşu zamanı dəyirmanı kolxoza qoymuş və ölənə qədər dəyirmançılığına davam etmişdir.
Şair Məhəmməd 1937-ci ilin yayında vəfat etmiş və Aşıq Ələsgərin qəbrinin yanında dəfn olunmuşdur.
Şair Məhəmmədin əldə olunan şeirləri əsasında “Çoban Məhəmməd” adlı şeirlər kitabı 2000-ci ildə AMEA Folklor İnstitutu tərəfindən çap olumuşdur. Burada şeirlərdən bəzi seçmələr təqdim olunur.
Faylın adı: Çoban Məhəmməd. (toplayıb tərtib edəni İslam Ələsgər), Bakı, “Nurlan”, 2009. 196 səh..pdf
Həcmi: 14046.21 KB