İslam Ələsgər

(22.06.1925 - 06.10.2014)

Ələsgərov İslam Talıb oğlu 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universiteti bitirərkən “Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi” mövzusunda diplom işi yazmışdır. 1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim və direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri olmuşdur.

İslam Ələsgər Göyçə aşıqlarının və şairlərinin şeirərini toplamış və 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş, haqqında məqalələr yazmışdır. 1973-cü ildə “Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları” adlı namizədlik dissertasiyası müdafiə etmişdir.

Uzun müddət AMEA-nın Folklor İnstitutunda işləmişdir.

6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada da dəfn olunmuşdur.

Faylın adı: Ələsgər ocağı. (toplayanı və tərtib edəni İslam Ələsgər), Bakı, “Yazıçı”, 1991.pdf

Həcmi: 26749.28 KB

Faylın adı: Sazlı-sözlü Göyçə. II kitab. Bakı, Elm və təhsil, 2018. (Toplayıb tərtib edəni və ön sözün müəllifi İslam Ələsgər).pdf

Həcmi: 1031.58 KB