Sima Azadqızı Göyçəli

(1974)

Sima Azadqızı Göyçəli 1974-cü ildə Göyçə mahalının Ağkilsə kəndində müəllim ailəsində doğulub. Aşıq Ələsgərin kötücəsidir. Sima xanım 1 dekabr 1988-ci ildə erməni təcavüzü nəticəsində ata-baba yurdundan didərgin düşüb. 1992-ci ildən daimi olaraq Moskva şəhərində yaşayır. Ailəlidir, üç övladı var.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərən Sima Azadqızı 11-12 yaşlarında “Ələsgər nəvəsiyəm” adlı ilk şeirini qələmə alıb. Şeirləri Türkiyə və Azərbaycanda müxtəlif antologiyalarda dərc olunub. Sözlərinə mahnılar bəstələnib. Dədə Ələsgərə həsr etdiyi “Əbədi zirvədə qaldı Ələsgər” adlı şeirinə görə Türkiyədə “İlin Ən Yaxşı Qadın şairi” adını qazanaraq “OSCAR” mükafatına layiq görülmüşdür.

Sima Azadqızı Göyçəlinin 2020-ci ildə “Elm və təhsil” nəşriyyatında “Qürbətdə parlayan qığılcım” adlı kitabı çap olunub.

Azərbaycan, Türkiyə və İrak-Türkmən Yazıçılar Birliyinin fəxri üzvü, “Qızıl qələm” və “Xəlil Rza Ulutürk” mükafatlarının laureatıdır.

Faylın adı: Sima Azadqızı Göyçəli. “Qürbətdə parlayan qığılcım”. Bakı, “Elm və təhsil”, 2020.pdf

Həcmi: 609.94 KB