Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində, Dədə Ələsgər Ocağı İctimai Birliyinin “Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi” adlı layihəsi qalib elan olunmuşdur.
Layihə çərçivəsində Aşıq Ələsgər və onun şərəcəsinin ədəbi irsinin daha dərindən öyrənilməsi üçün “Dədə Ələsgər Ocağı” adlı kitabın nəşr edilməsi və Qərbi Azərbaycana qayıdış prosesinə də mühüm köməyi ola biləcək dahi Aşıq Ələsgərin həyat və yaradıcılığına daha dərindən, həm bədii, həm ictimai baxımdan qiymətləndirməyə kömək edən tədbirlər planının hazırlanması üçün elmi konfransın keçirilməsi nəzərdə tutulmuşdur.
Layihənin həyata keçirilməsində əsas məqsəd Aşıq Ələsgər yaradıcılığına diqqəti artıramaq, Azərbaycan mədəniyyətini Aşıq Ələsgər koloriti ilə daha da zənginləşdirməkdir. Nəticə olaraq əhali arasında milli kimlik hissini, sülhpərvər vətənpərvərlik ruhunu daha da artırmaqdır. Aşıq Ələsgərin tədqiqatçılarının çoxalması, Aşıq Ələsgərin qəbrinin bərpası və ziyarət edilməsi üçün beynəlxalq aləmdən dəstək almağa kömək edəcək və Qərbi Azərbaycana dönüş hərakatını daha da gücləndirəcəkdir.
Layihənin icra müddəti 1aprel 2024cü il tarixindən, 1 iyul 2024-cü il tarixinədək nəzərdə tutulmuşdur.