Yerli mətbuatda

Vaqif Abdullayev. Adım Ələsgərdir, Göyçə mahalım... Newscenter.az. 29.01.2021

Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə qədim yurd yerimiz Basarkeçərin Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər xalq şeirimizi əsil xalq dilində, şirin bir ovqatla yaşadan, yaradan, aşıq sənətini zənginləşdirən, özünün Ustad mühürünü vuran Sənətlardır. Aşıq Ələsgər yaradıcılığına dövlət səviyyəsində həmişə yüksək qiymət verilmiş, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə Moskvada böyük sənətkarımızın 150 illik yubileyi qeyd olunmuşdur. Dahi sənətkarın Ağkilsədə büstü qoyulmuşdur.

1972-ci ildə Ustadın anadan olmasınınm 150 illiyi keçirilmiş, 1997-ci ildə Ulu öndərin sərəncamına əsasən, 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Bu, Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdir. Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilib, Onun sərəncamı ilə 2011-ci ildə Ustad Aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Cənab Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan etmişdir. Dədə Ələsgər dərin söz xəzinəsidir, milli ruhumuzu oxşayan xalq şeirini zənginləşdirəm söz sərrafıdır. Peyğəmbərlərin sonuncusu Məhəmməddir (Ə.S), el arasındadı deyimə görə də, aşıq yaradıcılığının Peyğəmbəri Dədə Ələsgərdir. İstəsən ki, Ələsgəri görəsən, Göyçə mahalıdı mahalım mənim! Püşti-pənahına daldalanmışam, Adım Ələsgərdi, əslim Göyçəli! Onun şeirləri o qədər axıcı, milli və şirindir ki, xalqın dilində əzbərə çevrilib.

Faşist ermənilər Aşıq Ələsgərin Ağkilsədəki büstünü oğurlayıblar. Cənab Prezident Şuşaya səfəri zamanı “Güllələnmiş heykəllər”in öz tarixi yerinə qaytarılmasınə təmin etdi. Həmin heykəlləri Ulu öndər Heydər Əliyev vaxtilə bütün maddi sərvətləri pul xatirinə satan acgöz ermənilərdən satın almışdı. Əgər həmin büst salamatdırsa sədəqə dilənən bu zavallı millətdən Dədə Ələsgərin də büstünü almaq mümkün olardı. Cənab Prezident, Mehriban xanım bu məsələdə çox həssasdırlar. Xalqımız Ələsgər kimi qüdrətli, Ozan sənətinin Peygəmbəri olan El sənətkarının 200 illik yubileyinə hazırlaşır, onun yubileyi ölkədə geniş şəkildə qeyd olunacaq. Təklif edirəm ki, El sənətkarının adının əbədiləşməsi üçün Aşıqlar Birliyinə Dədə Ələsgərin adı verilsin. Mədəniyyətimizin hamisi olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn paytaxtımıza xüsusi yaraşıq verən Muğam Mərkəzində görkəmli müsiqi və sənət ustadlarını büstləri yerləşdirilib.

Bəstəkarlarımız Aşıq Ələsgərin əsərlərinə musiqilər bəstələmişlər, elə bir bəstəkar, xanəndə, müğənni, aşıq təsəvvür etmək olmaz ki, Ələsgər yaradıcılığına müraciət etməsin. Ona görə də, Aşıq Ələsgərin də burada büstünün qoyulması, paytaxtda bir məkanda abidəsinin ucaldılması yaxşı olardı. Mehriban xanım Əliyeva aşıq sənətini UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil etdirib. Aşıq sənətin şahnaməsi olan Ələsgərin irsinə dərin ehtiramım nümunəsi kimi bunları nəzərə alınacağına inanıram.


Vaqif Abdullayev

sabiq deputat,

siyasi elmlər doktoru, professor

29.01.2021