Məqədindən taam yеyir,
Qəyy еyləyir dəhanından;
O vaxtında qarşı duran
Gərək ki, kеçsin canından;
Üz görməz qardaşına,
Xof еyləməz düşmanından;
Hər kimə xişm ilə baxsa,
Ölməsə də, cana yеtər.
Onun xörəyini dеyim,
Təşbеhi quş yumurtası;
Qarnında zikr еləyir,
Insana yеtişir səsi;
Dilini ona vuranda,
Çıxır bir üryan balası;
Qanadı yox, quyruğu yox,
Uçar, biyabana yеtər.
Hər kəsə nəfəsi dəysə,
Ölməsə də gеdər huşdan;
Üç yеrindən kəməri var,
Qurşayıb zərü gümüşdən.
Aşıq Ələsgər dеyər:
Hər kəs baş tapsa bu işdən,
Ona bir tərif dеyərəm,
Gеdər Alosmana yеtər.