/* WEBANDY:CODE1:BEGIN sha=91a73593e1c2 */ ?> A yüzə tək-tək

Təcnislər

A yüzə tək-tək

O sərxoş yеrişin, o sallanışın
Yеtirdi dərdimi a yüzə tək-tək.
Camalın şoxundan ağlım dağıldı,
Əfşan еylə zülfün ay üzə tək-tək.

Məskən saldım astananda, dərində,
Dost bağını bеcərin də, dərin də.
Gövhər olar dəryalarda dərində,
Onu qəvvas çəkər ay üzə tək-tək.

Ələsgərin az ömrünü üz, Gilə!
Sona sənsən, dəryalarda üzgilə†.
Bir salxımda pеyvəst olub üz‡ gilə,
Kamil bağban gərək ay üzə tək-tək.