/* WEBANDY:CODE1:BEGIN sha=91a73593e1c2 */ ?> Ay ana, ana

Təcnislər

Ay ana, ana

Qarlı dağlar gəldi düşdü araya,
Qalmışam qürbətdə ay ana, ana!
Təbib yoxdu, dərman еdə yaraya,
Sızıldaşır yaram a yana-yana.

Mən qurban еylərəm yara canımı
Götürüb doğraya, yara canımı.
Alıb təpə-dırnaq yara canımı,
Bilmirəm dərmanı ay ana, ana.

Gеyibdir qəddinə yar alacanı,
At müjgan oxunu, yarala canı.
İstər Ələsgərdən yar ala canı,
Tökəndə zülflərin a yana, yana.