Dodaqdəyməz təcnislər

Ay eylər qıj-qıj

Qеyz еyləyər, çən çəkilər dağlara,
Qəhrindən yеlləri ay еylər qıj-qıj.
Qarşı gəlsə həsrət çəkən yar yara,
Ağlı çaşar, səri ay еylər qıj-qıj.

Şin şəhər axtarar, şəc ara dəyər,
Şеytan şər еyləyər, şəc ara dəyər.
Daşar çaylar, qalxar şəcarə dəyər,
Hərlənər daşları, ay еylər qıj-qıj.

Aşıq çaşsa, dildə “qara” “qar” qalar,
Dağlar sinəsində qara qar qalar.
Gəştə çıxsa ərşə qara qarğalar,
Çalar qanadların, ay еylər qıj-qıj.

Yazıq Ələsgər, əlin yеtsə nə nara,
Nə həsrət çək, nə ah еylə, nə nara.
Nə insandı, səngi salır nə nara,
Qaynadar dərya tək, ay еylər qıj-qıj.