Qoşmalar

İbtida ustaddan dərsin almışam

İbtida ustaddan dərsin almışam,
Ələst aləmində demişəm bəli,
Həqiqətdən iki gözəl sevmişəm,
Birisi Mühəmməd, birisi Əli.

Əlidən dərs aldım eylədim əzbər,
Ərşin sütunudur yerlərə ləngər,
Fatmeyi Zəhradır şafeyi məhşər,
Onun seçdim gözəllərin gözəli.

Həsən Əl- müctəbda çoxdur şövkəti,
Ərşin güşvarəsi, göyün zinəti,
Məhşər günü darda qoymaz hümməti,
Əsğər qucağında şah Hüseyn gəli.

Xəliqi ləm yəlid vahidəl yektay,
Qüdrətindən kamal verib mənə pay,
Axı əlif tayın eylə haqqı say,
Arif seçə əbcəd ilə cəm əli.

Günahım dəryadır, özüm qanmışam,
Tutduğum işlərdən çox utanmışam,
Püst pənahıdna daldalanmışam,
Adım Ələsgərdi, əslim Göyçəli.