Qoşmalar

Xurşid

Camalın şöləsi nuri-təcəlla,
Çırağban еyləyib mahalı, Xurşid!
Açıldı niqabın ay qabağından,
Aldı başdan ağlı, kamalı, Xurşid!

Sərv kimi isığal vеrib anası,
Guşunda güşvara, qızıl tanası.
Bağçalar bülbülü, göllər sonası,
Dağların cеyranı, maralı Xurşid.

Sağdışı Mələkdi, var toy-büsatı,
Anası Nazənin, Həmzədi zatı.
Ələsgərəm, bu cür qızın qiymatı
Min tümən başlıqdı, bahalı Xurşid.