Maral
Səhər-səhər çeşmə üstə
Durur boyu bala, Maral,
Ala gözlər girib qəsdə,
İstər canım ala, Maral!
Sevdim zalım, baqrı daşı,
Almaz klrpik, qələm qaşı,
Tərlan görüb yaşılbaşı,
Sağın, qaynaq çala, Maral!
Ağ üzdə xalın bənövşə,
Az qalır bağrımı deşə,
Məcnunluqdu mənə peşə,
Düşmüşəm mahala, Maral!
Öpmədim ala gözündən,
Doymadım şirin sözündən,
Məni ayırıb özündən,
Salma daldan-dala, Maral!
Camalımdı şəmsü-qəmər,
Vəsfın olub dildə əzbər,
Ucundan yazıq Ələsgər,
Dönübdü abdala, Maral!