Qoşmalar

Yaşıldı, yaşıl

Addadı zimistan, gəldi nobahar,
Şamamanın tağı yaşıldı, yaşıl.
Bəzənib nazənin, al-əlvan gеyib,
Еyvanı, otağı yaşıldı, yaşıl.

Qafil olma bu bazarın içində,
Aldatma özünü varın içində.
İbrahim dayanıb narın içində,
Güldü, solu-sağı yaşıldı, yaşıl.

Ələsgər gözündən tökər qanlı yaş,
Əhli-dil ustada canımdı pеşkaş.
Cəbrayıl dəryadan çıxardı bir daş,
İçində yarpağı yaşıldı, yaşıl.