Təcnislər

Ha bular, bular

Səba dost zülfünə şanə çəkəndə,
Yayılar gərdənə ha bular, bular.
Hər kim ki, sidq ilə dilək diləsə,
Əlbəttə, mətləbin ha bular, bular.

Sərrafın dəstində nə dana – dеdim,
Könül, can quşuna nə dana – dеdim.
Dərdimi dərdbilməz, nadana dеdim,
Anlamaz, başını ha bular, bular.

Ələsgərəm, məskənimdi o diyar,
Al xəncəri, bağrım başın, odu, yar!
Еvdən çıxdı yalın qılınc, odu yar,
Bilirəm, qanıma ha bular, bular.