Dede
Alasgar
Təbiət haqqında deyə bilmədiyimizi, duyğu və düşüncələri bizim xalqımızın adından ustad Aşıq Ələsgər xeyli sadə və həm də çox səmimi şəkildə deməyi bacarmışdır
Əhməd Şmide
Haqdan gələn dərin təbi, qaynar ilhamı, fitri istedadı, güclü hafizəsi sayəsində saz-söz dünyamızın korifeyinə çevrilən Ələsgər aşıq poeziyasının Nizamisi, bütün Şərq dünyasının günəşi sayılır
Tərlan Göyçəli
Aşıq Alının şəyirdləri arasında Aşıq Ələsgərin xüsusi dəsti-xətti, mövqeyi və böyüklüyü diqqəti çəkir. Ələsgərin yetişməsində Alının böyük xidməti olduğu kimi, Alının da uca şöhrət sahibi olmasında Ələsgər kimi çox istedadlı bir şəyirdinin olmasıdır. Bəlkə də Ələsgər kimi bir müdrik söz sərrafının yetişməsi üçün Ulu Tanrı Aşıq Alını yaratmışdı.
Eldar İsmayıl
Peyğənbərlərdən gələn böyük missiyanın Dədə Qorqud, Əl-Qəzali, Əhməd Yasəvi, Nizami, Mövlana, Yunus Əmrə və Fizuli kimi əzəmətli daşıyıcılarından olan Dədə Ələsgər ilahi və dünyəvi gözəllikləri mükəmməl şəkildə qovuşdurmuş, sadə el dilində, gözəl üslubda və özünəməxsus biçimdə bəşriyyətə anlatmışdır.
Prof. Nuru Bayramov