Yerli mətbuatda

Aşıq Ələsgərə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edilib. 22.12.2021

Ölkə Prezidentinin Sərəncamı ilə əlaqədar Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuş “Qüdrətli söz sərrafı” adlı ədəbi-bədii proqram təqdim edib.

İdarədən AZƏRTAC–a bildirilib ki, tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, mədəniyyət müəssisələrin rəhbərləri, incəsənət xadimləri – Əməkdar artist Babək Niftəliyev, tanınmış aşıq Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şəhriyar Laçın Dədə Ələsgərin lirik şeirlərinə köklənmiş havaları böyük sevgi ilə səsləndiriblər.

Ədəbi-bədi gecəyə qatılan Sumqayıt Dövlət Dram Teatrının Əməkdar artistləri İzaməddin Bağırov və İlahə Səfərovanın ifasında Aşıq Ələsgərin və Anaxanım obrazları canlandırılıb. Göstərilən səhnəcik və teatrın gənc rejissoru Ümid Abbasın rəhbərlik etdiyi “Dərviş” qrupunun çıxışları hər kəsin böyük marağına səbəb olub.

 

Mənbə: https://azertag.az/xeber/1958394